“Beşiktaş” klubu növbəti transferini gerçəkləşdirib
Türkiyənin “Beşiktaş” klubu növbəti transferini gerçəkləşdirib.

Komanda Onur Bulutu heyətinə qatıb.

İyirmi səkkiz yaşlı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.

O.Bulut bir müddət əvvəl “Kayserispor” klubu ilə müqaviləsini ləğv etmişdi.

Qeyd edək ki, “Beşiktaş” bundan əvvəl "Əl-Nəsr"dən Vensan Abubakarı heyətinə qatmışdı.

Xəbər 223 dəfə oxundu.