“Neftçi”nin sabiq futbolçusu Edson Kastilyo Venesuelada klubunu dəyişib
Bakının “Neftçi” klubunun sabiq futbolçusu Edson Kastilyo Venesuelada komandasını dəyişib.

Futbolçu yenidən “Manaqas” klubuna qayıdıb. Yarımmüdafiəçi yeni komandası ilə ikiillik müqaviləyə imza atıb. İyirmi doqquz yaşlı futbolçu “Manaqas”a “Karakas” klubundan keçib.

2021-ci ildən “Karakas”da çıxış edən venesuelalı futbolçu 53 matçda 7 qol vurub.

Qeyd edək ki, E.Kastilyo 2016-2017-ci illərdə “Neftçi”nin formasını geyinib və 20 oyunda meydana çıxıb.

Xəbər 167 dəfə oxundu.