Futzal çempionatlarında oyunlar bir dəqiqəlik sükutla başlayacaq
Futzal üzrə Yüksək, Birinci və İkinci liqaların oyunlarının məkanı dəyişdirilib.

Matçlar əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı İdman Sarayında deyil, “Olimpik Star”da keçiriləcək.

Bundan əlavə, Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi bu turnirlərdə bir dəqiqəlik sükutla anılacaq. Matçlar fevralın 9-10-da və 12-də baş tutacaq.

Xatırladaq ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində 6 min 234 nəfər həlak olub, 37 mindən çox insan yaralanıb.


Xəbər 170 dəfə oxundu.