AFFA-nın nümayəndələri UEFA-nın seminarında iştirak ediblər
Şimali Makedoniyanın Skopye şəhərində UEFA-ya üzv assosiasiya nümayəndələrinin iştirakı ilə klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı mövzusunda regional seminar keçirilib.

Seminarda Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov və ekspert Fərhad Ələkbərov iştirak ediblər.

Seminarda klubların lisenziyalaşdırması üzrə yeniliklər, Makedoniya Futbol Federasiyasında klubların lisenziyalaşdırması və gənclər futbolunun inkişafı, UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartları müzakirə olunub.

Xəbər 214 dəfə oxundu.