Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb
İstanbulun “Qalatasaray” klubunun futbolçusu Mauro İkardi komandanın tarixində ilkə imza atıb.

Hücumçu buna Superliqanın XXII turu çərçivəsində “Trabzonspor” ilə oyunda qol vurmaqla nail olub. Argentinalı futbolçu “Qalatasaray”dakı ilk mövsümündə “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor”a qol vuran ilk oyunçudur.

“Qalatasaray”da icarə əsasında çıxış edən İkardi Superliqada cari mövsüm 10 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Qalatasaray” klubu “Trabzonspor”la oyunda 2:1 hesabı ilə qalib gəlib.

Xəbər 225 dəfə oxundu.