“Şamaxı” klubu “Zirə”nin yarımmüdafiəçisini transfer edib
“Zirə” klubunun futbolçusu Ramin Əhmədov “Şamaxı”ya keçib.

22 yaşlı yarımmüdafiəçi ilə ikiillik müqavilə imzalanıb.

Qeyd edək ki, R.Əhmədov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinib.

Xəbər 220 dəfə oxundu.