Nikolo Zaniolo karyerasını Türkiyədə davam etdirəcək
“Roma”nın futbolçusu Nikolo Zaniolo İstanbulun “Qalatasaray” klubu ilə anlaşıb.

İtaliya millisinin üzvü tibbi müayinədən keçmək və münasibətləri rəsmiləşdirmək üçün İstanbula yollanıb. Bu transfer bonuslarla birlikdə “Roma”ya 20 milyon avro qazandıracaq.

İyirmi dörd yaşlı yarımmüdafiəçi İstanbul klubu ilə 4,5 illik müqavilə imzalayacaq.

Xəbər 197 dəfə oxundu.