AFFA-nın keçirdiyi liqalarda Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi yad ediləcək
Türkiyədə baş vermiş zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək.

Bu barədə AFFA rəsmi feysbuk səhifəsində paylaşım edilib.

“Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!”, - postda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasında XXI turun "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçlarında zəlzələ qurbanlarının xatirəsi yad olunub.

Xəbər 245 dəfə oxundu.