Masallıda boks məşqçiləri üçün seminara start verilib
Azərbaycan Boks Federasiyası (ABF) tərəfindən Masallıda cənub zonasının məşqçiləri üçün seminara start verilib.

Fevralın 10-dək keçiriləcək təlimlərə ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov və Məşqçilər Komitəsinin sədr müavini Əsgər Eyvazov rəhbərlik edirlər.

Seminar Masallı, Lənkəran, Biləsuvar, Astara və Cəlilabaddan olan mütəxəssislərin təkmilləşdirilməsi məqsədi daşıyır. Bu gün çalışdırıcıları əyani vəsaitlərdən istifadə etməklə nəzəriyyə ilə tanış edən təlimatçılar sabahdan zallarda məşq proseslərini göstərəcəklər.

Xəbər 256 dəfə oxundu.