Fəhmin Muradbəyli “Araz Naxçıvan” klubu ilə müqavilə imzalayıb
“Neftçi”dən ayrılandan bəri klubsuz olan Fəhmin Muradbəyli yeni müqavilə imzalayıb.

Yarımmüdafiəçi birinci divizion təmsilçisi “Araz Naxçıvan”la anlaşıb. Bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Futbolçu yeni klubunda cari mövsümün sonunadək çıxış edəcək.

“Neftçi”nin yetirməsi olan F.Muradbəyli 2013-2018-ci, 2020-2021-ci illərdə “Neftçi”nin heyətində 94 oyunda meydana çıxıb, 8 qol vurub. O, ötən mövsümün ikinci yarısını icarə əsasında “Şamaxı”da keçirib. F.Muradbəyli Azərbaycanın U-21 yığmasının da sabiq üzvüdür.

Xəbər 234 dəfə oxundu.