Karluş Keyruş Qətər millisinə baş məşqçi təyin olunub
Futbol üzrə Qətər yığmasının baş məşqçisi müəyyənləşib.

Qətər Futbol Assosiasiyası portuqaliyalı mütəxəssis Karluş Keyruş ilə müqavilə imzalayıb. K.Keyruş ilə 2026-cı ilədək razılıq əldə olunub.

Mütəxəssis dünya çempionatından sonra vəzifəsindən ayrılan Feliks Sançesi əvəzləyib. Altmış doqquz yaşlı Keyruşun son iş yeri isə İran yığması olub. O da Qətərdə keçirilən mundialda İran millisinə rəhbərlik edib. Keyruş daha əvvəllər Misir, Kolumbiya, Portuqaliya, CAR və BƏƏ yığmalarında da rəhbərlik edib.

Xəbər 222 dəfə oxundu.