“Azərbaycan idman jurnalistikasının problemləri” mövzusunda dəyirmi masa
Oktyabrın 10-da “İdman” qəzetinin 80 illik yubiley tədbirləri çərçivəsində “Azərbaycan idman jurnalistikasının problemləri” mövzusunda dəyirmi masa təşkil ediləcək.

İdman.com.az saytının məlumatına görə, tədbirdə idman ictimaiyyətinin nümayəndələri, idman nəşrlərinin rəhbərləri, televiziya kanalarının idman redaksiyalarının rəhbərləri və veteran idman jurnalistləri iştirak edəcəklər.

Dəyirmi masa Hilton otelinin “Yaqut” zalında saat 15.00-da başlanacaq.
Bütün media nümayəndələri tədbirə dəvət olunurlar.

Xəbər 1314 dəfə oxundu.