Elvin Camalov və Coy Lens Mikels üçün əlamətdar oyun
Azərbaycan Premyer Liqasının XXI turu “Sabah”ın futbolçuları Elvin Camalov və Coy Lens Mikels üçün əlamətdar olub.

“Səbail”lə görüşdə hesabı açan 30 yaşlı almaniyalı yarımmüdafiəçi mövsümdə 12-ci qolu vurub. Bu, klub tarixində yeni rekorddur. İndiyədək “Sabah”ın heç bir futbolçusu Premyer Liqanın bir mövsümündə bu qədər qol vurmamışdı. Əvvəlki rekordun müəllifi də Coy Lens idi. O, ötən çempionatda 11 qola sevinmişdi.

“Sabah”ın kapitanı isə Premyer Liqada yubiley görüşünə çıxıb. “Səbail”lə qarşılaşma E.Camalovun ölkə çempionatlarında 200-cü matçı olub. İyirmi səkkiz yaşlı yarımmüdafiəçi Premyer Liqada 2013/2014-cü il mövsümündə debüt edib. Üç klubun - “Qəbələ”, “Zirə” və “Sabah”ın formasını geyinmiş futbolçunun aktivində 2 qol var.

Xəbər 174 dəfə oxundu.