Bədii gimnastlarımız Macarıstanda uğurla çıxış ediblər
Macarıstanda bədii gimnastika üzrə “Gracia Fair Cup” beynəlxalq turniri başa çatıb. Yarışda ölkəmizi yığma komandamızın üzvləri ilə yanaşı, “Ocaq Sport” klubunun təmsilçiləri də güclərini sınayıblar.

Millimizin üzvlərindən çoxnövçülük yarışlarında Fidan Qurbanlı qızıl, Alina Məmmədova isə bürünc medala sahib çıxıblar.

“Ocaq Sport” klubunun üzvləri də çoxnövçülük yarışlarında onlara bəslənilən ümidləri doğruldublar. Maya Kozaçuk, Nilay Quliyeva və Məryəm Baloğlanova bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

Yığma komandamızın digər üzvləri Şəms Ağahüseynova halqa, Leyli Ağazadə isə halqa və top ilə hərəkətlərin icrasında finala yüksəlsələr də, medal əldə edə bilməyiblər.

Xəbər 161 dəfə oxundu.