“Turan Tovuz” səfərdə “Kəpəz”i minimal hesabla məğlub edib
Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində “Şamaxı” klubu “Turan Tovuz”u qəbul edib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Tovuz təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.

Qarşılaşmada yeganə qolu Tərlan Quliyev vurub.

Bu qələbədən sonra xallarının sayını 20-yə çatdıran “Turan Tovuz” altıncı pillədəki mövqeyini möhkəmlədirib. “Şamaxı” isə 16 xalla yeddinci sırada qərarlaşıb.

Qeyd edək ki, XXI tura bu gün keçiriləcək “Sabah” – “Səbail” oyunu ilə yekun vurulacaq. Turun ötən matçlarında “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt” (2:0) üzərində qələbə qazanıb.

Xəbər 215 dəfə oxundu.