Foqts Ballak haqqinda nə deyıb?
“Düşünürəm ki, Ballak düzgün qərar qəbul edib”. İdman.com.az saytının məlumatına görə, bu sözü Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Mihael Ballakın karyerasını bitirməsi barəsində danışarkən deyib. Almaniyalı məşqçi bildirib ki, həmyerlisinin futboldan tam uzaqlaşmayacağına ümid edir:

“Mənə elə gəlir ki, o, artıq böyük klubda oynaya bilməycəyini anladığından belə addım atdı. Avstraliyaya gedəsi deyildi ki. Bəlkə də Devid Bakhem kimi ABŞ-da bir iki il oynaya bilərdi. Ümid edirəm ki, Mihael futboldan tam uzaqlaşmayacaq. Məşqçi və yaxud menecer kimi fəaliyyət göstərəcək. O, alman futbolu üçün çox şey edib. Ballakı həmişəlik itirmək məni çox üzər”.

Xəbər 927 dəfə oxundu.