“Kəpəz”in sabiq hücumçusu karyerasını Şimali Makedoniyada davam etdirəcək
Bir neçə gün əvvəl Gəncənin “Kəpəz” klubundan ayrılan Mixeil Erqemlidze karyerasını Şimali Makedoniyada davam etdirəcək.

Gürcüstanlı hücumçu “Akademiya Pandev” klubu ilə 1,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu “Kəpəz”ə mövsümün əvvəlində keçmişdi. O, Gəncə təmsilçisinin heyətində Premyer Liqada 14 matçda 2 qol vurub.

Xəbər 246 dəfə oxundu.