Sumoçularımız Estoniyada Avropa kuboku yarışlarında altı medala sahib olublar
Azərbaycan sumoçuları Estoniyanın Vinni şəhərində böyüklər arasında keçirilən Avropa kuboku yarışlarında 3 qızıl və 3 gümüş medal qazanıblar.

Camal Feyziyev (mütləq çəki və +115 kq) və Röyal Ağamalıyev (85 kq) qızıl, Sadiq Ağamalıyev (115 kq), Cavid Mustafayev (77 kq) və Xəyyam Abdullayev (70 kq) gümüş medala sahib çıxıblar.

Azərbaycan yığması komanda hesabında birinci olub.

Xəbər 186 dəfə oxundu.