UEFA Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib
UEFA Türkiyədə baş verən zəlzələ ilə bağlı paylaşım edib.

Paylaşımda qurumun və Avropa futbol ictimaiyyətinin Türkiyə və Suriya xalqının, həmçinin hadisədən zərər çəkənlərin yanında olduğu vurğulanıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ Şərqi Aralıq Dənizi regionunda, Suriyada, Livanda, İraqda və Kipr adasında hiss olunub. İtaliya ölkənin cənubunda sunami təhlükəsi elan edib. Yeraltı təkanlar nəticəsində Türkiyədə 284, Suriyada isə 427 nəfər həlak olub.

Xəbər 154 dəfə oxundu.