Harri Keyn yeni rekorda imza atıb
“Tottenhem” klubun futbolçusu Harri Keyn yeni rekorda imza atıb.

29 yaşlı oyunçu İngiltərə Premyer Liqasının XXII turunda “Mançester Siti” ilə matçda (1:0) qol vuraraq buna nail olub. Bununla da, London təmsilçisində vurduğu qolların sayını 267-ə çatdıran ingiltərəli hücumçu klub tarixinin ən çox qol vuran futbolçusu olub. O, Cimmi Qrivzi (266 qol) geridə qoyub.

Qeyd edək ki, bu qol eyni zamanda Keynin Premyer Liqada vurduğu 200-cü qol olub.

Xəbər 217 dəfə oxundu.