Bu gün Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.

Sonuncu oyun günündə iki görüş keçiriləcək.

Əvvəlcə bölgə təmsilçiləri üz-üzə gələcəklər. “Şamaxı” komandası “Turan Tovuz”u qəbul edəcək. “Turan Tovuz” 17 xalla turnir cədvəlində altıncı, “Şamaxı” isə 16 xala yeddinci pillədə yer alıb.

Tura Bakıda keçiriləcək “Sabah” – “Səbail” matçı ilə yekun vurulacaq. “Sabah” 49 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Hesabında 13 xal olan “Səbail” sonuncu – onuncudur.

Qeyd edək ki, ilk iki gündə “Kəpəz” “Qarabağ”la (1:1), “Zirə” “Qəbələ” ilə (2:2) heç-heçə edib, “Neftçi” “Sumqayıt”a (2:0) qalib gəlib.

Xəbər 213 dəfə oxundu.