Qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib
Qadın voleybolçular arasında Yüksək Liqada İkinci dövrənin növbəti oyunları fevralın 6-da keçiriləcək.

V turun ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək.

Bu matçdan iki saat sonra “Murov” və UNEC kollektivlərinin görüşü baş tutacaq.

Fevralın 7-də kişi voleybolçular arasında Yüksək Liqada V turun oyunlarına start veriləcək.

Günün ilk qarşılaşması saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq.

Saat 18:00-da isə “Xarı bülbül” - “Neftçi” qarşılaşması keçiriləcək.

Qeyd edək ki, oyunlar Azərbaycan Voleybol Mərkəzində təşkil ediləcək.

Xəbər 272 dəfə oxundu.