Vinisius Junior “Real Madrid”də 200-cü oyununu keçirib
Vinisius Junior “Real Madrid” klubunda yubiley matçını keçirib.

La Liqanın XVII turundan təxirə salınmış “Valensiya” klubu ilə oyun futbolçunun Madrid təmsilçisinin heyətində meydana çıxdığı 200-cü qarşılaşma olub. Bu müddət ərzində 49 qol vuran futbolçu 37 məhsuldar ötürmə edib.

Futbolçu 2018-ci ildən “Real Madrid” klubunda forma geyinir.

Qeyd edək ki, “Valensiya” ilə oyunda “Real Madrid” 2:0 hesablı qələbə qazanıb.

Xəbər 158 dəfə oxundu.