Novak Cokoviç ABŞ-da keçiriləcək “Masters” turnirlərində iştirak edə bilməyəcək | |
Karyerasında 10-cu dəfə “Australian Open” turnirinin qalibi olan Novak Cokoviç ardıcıl ikinci mövsüm İndian-Uells və Mayamidə keçiriləcək “Masters” turnirlərində iştirak edə bilməyəcək. Buna tennisçinin vaksinasiya sertifikatını almaması səbəb olub. ABŞ qanunlarına görə, koronavirus əleyhinə peyvənd olunmayanlar mayın 11-dək bu ölkəyə səfər edə bilməzlər. Buna baxmayaraq, serbiyalı raketka ustası “US Open”ə qatıla biləcək. Həmin turnir isə avqustun sonlarında keçiriləcək. |
|
Xəbər 157 dəfə oxundu. |
|
|