“Atletiko” klubu “Tottenhem”in müdafiəçisi Mett Dohertini heyətinə qatıb
İspaniyanın “Atletiko” klubu heyətini yeni futbolçu cəlb edib.

Madrid təmsilçisi “Tottenhem”in müdafiəçisi Mett Dohertinin keçidini rəsmiləşdirib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İrlandiyalı futbolçu mövsümün sonunadək icarə əsasında "Atletiko"da çıxış edəcək.

Qeyd edək ki, M.Doherti “Tottenhem”ə 2020-ci ilin yayında “Vulverhempton”dan transfer olunub. Otuz bir yaşlı futbolçu bu mövsüm 16 matçda 1 qol vurub.

Xəbər 209 dəfə oxundu.