“Qəbələ” Sankt-Peterburq şəhərinə yollanacaq
“Qəbələ”nin 12 yaşa qədər futbolçulardan ibarət komandası oktyabrın 10-da Rusiyanın Sankt-Peterburq şəhərinə yollanacaq. Beynəlxalq Young Talents-2012 turnirində iştirak edəcək komandamız kubok uğrunda “Barselona”, “Zenit”, “Rubin”, “Spartak” kimi tanınmış rəqiblərlə mübarizə aparacaq. Turnir oktyabrın 15-dək davam edəcək. Klubumuz qrup mərhələsində “Zenit” (Rusiya), “Ştik” (Latviya), “Stroqino” (Rusiya), və “Rusiçi Orel” (Rusiya) kollektivləri ilə qarşılaşacaq. “Qəbələ” Rusiyaya aşağıdakı futbolçu heyəti ilə yollanacaq:

Qapıçılar: Elməddin Sultanov, Pünhan Hacıbalayev.
Müdafiəçilər: Salman Ələsgərov, Taleh Hacızadə, İdris İnqilablı, Elşad Tağıyev, Nicat Verdiyev.
Yarımmüdafiəçilər: Tamerlan Rizvanov, Fərid İsgəndərov, Veysəl Rzayev, Samir Qurbanov, Nicat Oruclu.
Hücumçular: Orxan Abdullayev, Təbriz İsazadə

Xəbər 827 dəfə oxundu.