“Qalatasaray”ın futbolçusu Patrik van Aanholt PSV-yə keçib
Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Patrik van Aanholt PSV-yə keçib.

Bu barədə Niderland klubunun rəsmi saytı məlumat yayıb.

Otuz iki yaşlı müdafiəçi mövsümün sonunadək icarə əsasında Eyndhoven təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, “Qalatasaray” Patrik van Aanholtu 2021-ci ilin yayında “Kristal Pelas”dan transfer edib. Niderlandlı müdafiəçi bu mövsüm İstanbul təmsilçisinin heyətində 14 matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər 185 dəfə oxundu.