Formula-1 yarışları ilə bağlı media akkreditasiya seminarı keçirilib | |
Formula-1 yarışları ilə bağlı media nümayəndələrinin iştirakı ilə media akkreditasiya seminarı keçirilib. Tədbirin əvvəlində seminar haqqında qısa məlumat verilib. Sonra Formula-1 üzrə 2023-cü il yarış təqvimi nümayiş olunub. Diqqətə çatdırılıb ki, bu il üçün 24 yarış nəzərdə tutulub. Formula 1 üzrə Çin Qran-Prisi ləğv olunduğu üçün hazırda təqvimdə 23 yarış yer alır. Formula 1 Azərbaycan Qran-Prisi ilk dəfə sprint yarışlarına da ev sahibliyi edəcək. Aprelin 28-30-də keçiriləcək Bakı Qran-Prisinin final mərhələsi sprint yarışlarına əsasən təyin olunacaq. Media akkreditasiya prosesi barədə isə media məsələləri üzrə koordinasiya Esmira Məmmədova məlumat verib. Fevralın 1-dən başlayacaq qeydiyyat prosesi martın 10-dək davam edəcək. Müraciət üçün www.bakucity. circuit.com saytından istifadə etmək mümkündür. Daha sonra qeydiyyat prosesi mərhələli şəkildə media nümayəndələrinə izah olunub. Sonda media nümayəndələrinin sualları cavablandırılıb. |
|
Xəbər 269 dəfə oxundu. |
|
|