"Nyukasl" klubu heyətinə yeni futbolçu cəlb edib
İngiltərənin "Nyukasl" futbol klubu heyətinə yeni oyunçu cəlb edib.

Komanda "Vest Hem"dən Harrison Eşbi transfer edib.

Sözləşmənin müddəti açıqlanmasa da, uzunmüddətli olduğu bildirilib.

Qeyd edək ki, İngiltərənin U-21 millisinin üzvü "Vest Hem"in öz yetirməsidir.

Xəbər 144 dəfə oxundu.