Azərbaycan Yüksək Liqasında “Xarıbülbül” komandası “Neftçi”yə qalib gəlib
Yanvarın 31-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci turdan təxirə salınan “Neftçi” - “Xarıbülbül” oyunu keçirilib.

Azərbaycan Voleybol Mərkəzində təşkil olunan qarşılaşma “Xarıbülbül” komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:21 hesabı ilə qalib gələn Şuşa klubu sonrakı setləri də aktivinə yazıb - 25:23, 25:20.

Turun və birinci dövrənin son matçından sonra “Murov” doqquz xalla turnir cədvəlinə liderlik edir. Bu gün qalib gələn “Xarıbülbül” 6 xalla ikinci, hesabında üç xalı olan “Neftçi” 3-cü, xalı olmayan MOİK isə sonuncu pilləni tutur.

Xəbər 213 dəfə oxundu.