Premyer Liqa: “Qarabağ” klubu “Şamaxı”nı, “Səbail” isə “Kəpəz”i qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha 2 oyunu keçiriləcək.

Günün ilk matçında 53 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” klubu 16 xalla yeddinci pillədə gedən “Şamaxı”nı qəbul edəcək.

“Qarabağ” klubu 17 oyundur uduzmur. “Şamaxı” 5 matçdır qol vurmur.

Günün son qarşılaşmasında isə “Kəpəz” “Səbail”in qonağı olacaq. Hazırda Gəncə təmsilçisi 13 xalla doqquzuncu, Bakı klubu isə 10 xalla sonuncudur.

Qeyd edək ki, turun açılış oyununda “Sumqayıt” evdə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək “Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri ilə yekun vurulacaq.

Xəbər 228 dəfə oxundu.