Futbolçumuz Elgün Nəbiyev Polşa klubundan ayrılıb
Azərbaycan futbolçusu Elgün Nəbiyev Polşanın “Limanoviya” klubundan ayrılıb.

27 yaşlı hücumameylli yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Polşanın IV liqasında çıxış edən klub təcrübəli vingerin çıxışından razı olsa da, maliyyə problemlərinə görə bu addımı atıb.

Ötən mövsümün əvvəlindən "Limanoviya"da çıxış edən E.Nəbiyev “Zirə”, “Səbail” və “Sabah” klublarının da şərəfini qoruyub.

Xəbər 191 dəfə oxundu.