Kriştianu Ronaldo problemlə üzləşib
İspaniya çempionatının hesabata turunda “Barselona” – “Real” derbisinin qəhrəmanlarından olan Kriştianu Ronaldo problemlə üzləşib. 2:2 hesabı ilə nəticələnən “El Klassiko”da argentinalı rəqibi Lionel Messi kimi dubl edən portuqaliyalı hücumçu xəsarət alıb.

“Real”ın rəsmi saytı oyunun ikinci hissəsində Kriştianunun uğursuz yıxılmağı nəticəsində çiynindəki əzələsinin dartıldığını xəbər verib. Nəticədə futbolçunun yaşıl meydana nə vaxt çıxacağı bilinmir. Bu isə o deməkdir ki, portuqaliyalı kapitanı olduğu yığmasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya yığması ilə oktyabrın 12-də Moskvadakı oyunda meydana çıxmaya bilər.

Qeyd edək ki, “Nou Kamp”dakı oyunda hələ ilk hissədə zədələndiyinə görə əvəzlənməli olan “Barsa”nın braziliyalı sağ cinah müdafiəçisi Dani Alveş 3 həftəlik sıradan çıxıb.

Xəbər 834 dəfə oxundu.