U-16 qızlar komandamızın hazırlığı davam edir
Ankarada təlim-məşq toplanışında olan U-16 qızlardan ibarət yığma komandamız növbəti hazırlıq oyununu keçirib.

"Ted Ankara Kolejiler" qız klubu ilə qarşılaşan millimiz gərgin mübarizənin sonunda parketdən 58:56 hesablı məğlubiyyət ilə ayrılıb. Qeyd edək ki, qızlarımız təlim-məşq toplanışı çərçivəsində daha bir neçə yoxlama oyununda öz qüvvəsini sınayacaq.

Xəbər 151 dəfə oxundu.