Cüdoçumuz Rüstəm Orucov Qran-pri turnirində iştirak etməyəcək
Azərbaycan cüdoçusu Rüstəm Orucov Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pri turnirində iştirak etməyəcək.

idmançı xəstələndiyi üçün milli komandanın həkiminin qərarına əsasən, tatamiyə çıxmayacaq.

Yarışdan əvvəl hərarəti 38 dərəcədən yuxarı olan R.Orucovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb döşəyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Xəbər 252 dəfə oxundu.