“Qarabağ”ın yeni transferi Albaniyada mükafatlandırılıb
Ağdamın “Qarabağ” klubunun yeni transferi Redon Cica Albaniyada “Qızıl top” mükafatına layiq görülüb.

25 yaşlı hücumçu 2021/2022-ci il mövsümündə “Tirana”nın heyətində 11 qolla Albaniya Super Liqasının bombardiri olub. O, ötən mövsüm ölkə kubokunda isə 4 dəfə fərqlənib.

Qeyd edək ki, albaniyalı hücumçu "Qarabağ"la 3,5 illik müqavilə imzalayıb.

Xəbər 254 dəfə oxundu.