Premyer Liqa klubu heyətini yeni futbolçu ilə gücləndirib
İngiltərənin “Sauthempton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Premyer Liqa təmsilçisi “Luton Taun”un müdafiəçisi Ceyms Brini transfer edib.

Çempionşip təmsilçisi bu transferdən 850 min avro qazanıb. İyirmi beş yaşlı futbolçu yeni klubu ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalayıb.

Ceyns Bri karyerasına “Barnsli”də başlayıb. 2017-ci ildə “Aston Villa”ya transfer olunan müdafiəçi bu komandada 28 oyuna çıxıb. Sağ cinah müdafiəçisi 2019-cu ildə “İpsviç Taun”a, növbəti ildə isə “Luton Taun”a icarəyə verilib. 2020-ci ilin sentyabrında “Luton Taun” onu birdəfəlik transfer edib. Futbolçu Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 143 oyunda 2 qol vurub.

Xəbər 183 dəfə oxundu.