“Prezident kuboku-2023” Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) daha bir uğura nail olub.

Federasiyanın mayın 4-7-də Suqovuşan və Mingəçevirdə təşkilini planlaşdırdığı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Prezident kuboku-2023” beynəlxalq reqatası ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilib. Assosiasiyanın rəsmi internet səhifəsinin xəbər bölməsində yarışla bağlı məlumat da dərc olunub.

Xatırladaq ki, AKAF-in ötən il oktyabrın 21-23-də təşkil etdiyi “Mingəçevir reqatası” da Azərbaycan avarçəkmə tarixində ilk dəfə Avropa Kanoe Assosiasiyasının təqvim planında yer almışdı.

Xəbər 244 dəfə oxundu.