“Ayaks” baş məşqçisini istefaya göndərib
Niderlandın “Ayaks” futbol klubu baş məşqçisi Alfred Şroyderi istefaya göndərib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məşqçi ilə müqavilə 2024-cü il iyunun 30-dək olsa da, rəhbərlik komandanın nəticələrinə əsasən baş məşqçi barədə bu qərarı verib.

Qeyd edək ki, A.Şroyder ötən ilin yayında “Brügge” komandasından ayrılaraq “Ayaks”a gətirilmişdi. Son 5 oyunda heç-heçə edən “Ayaks” ölkə çempionatında 34 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbər 233 dəfə oxundu.