“Nyukasl”ın futbolçusu sürücülük hüququndan məhrum edilib
İngiltərənin “Nyukasl” klubunun yarımmüdafiəçisi Joelinton sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün cərimə olunub.

26 yaşlı braziliyalı futbolçu avtomobili idarə edən zaman sürət həddini aşıb.

Polislər onu saxlayarkən Joelintonun içkili olduğu müəyyənləşib.

Futbolçu 43 min funt sterlinq cərimə olunub. Bununla yanaşı, oyunçunun bir il müddətinə sürücülük vəsiqəsi əlindən alınıb. Buna görə futbolçu daha 2 min funt sterlinq cərimə ödəyəcək.

Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi bundan əvvəl koronavirusa tətbiq olunan karantin qaydalarını pozduğu üçün 200 funt sterlinq cərimə edilmişdi.

Xəbər 233 dəfə oxundu.