“Neftçi” klubu braziliyalı futbolçunu transfer edib
Bakının “Neftçi” klubu yeni futbolçunu transfer edib.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, Bakı təmsilçisi braziliyalı Mateus Saldanya ilə müqavilə imzalayıb.

Oyunçunun son klubu Yaponiyanın “Cef Yunayted Çiba” komandası olub. O, Yaponiya liqasında keçirdiyi 47 oyunda 4 qola imza atıb.

Xəbər 201 dəfə oxundu.