“Şamaxı” klubu “Səbail”ə qalib gəlib
Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində “Şamaxı” öz meydanında “Səbail”i qəbul edib.

Qarşılaşma 2:1 hesabı ilə yekunlaşıb.

Oyunda hesabı qonaqlar açıb. Matçın 33-cü dəqiqəsində Qoba Zakpa fərqlənib. İkinci hissənin 57-ci dəqiqəsində Emil Qasımovun qolu ilə bərabərlik əldə edən “Şamaxı” klubu növbəti dəfə oyunun 90-cı dəqiqəsində penaltidən hesabı öz xeyrinə dəyişib. Bu dəfə Amil Yunanov fərqlənib.

Bu qələbədən sonra hesabına daha 3 xal əlavə edən “Şamaxı” 16 xalla turnir cədvəlində 7-ci pilləyə yüksəlib. Aktivində 10 xal olan “Səbail” isə çempionatın sonuncusudur.

Xəbər 206 dəfə oxundu.