Lebron Ceymsin təşəbbüsü ilə “Liverpul”un xüsusi dizaynlı formaları satışa çıxarılıb
Məşhur basketbolçu Lebron Ceyms və İngiltərənin “Liverpul” klubunun birgə təşəbbüsü ilə xüsusi dizaynlı formalar satışa çıxarılıb.

L.Ceyms sözügedən futbol formasında görüntülənib.

Qırmız və ağ zolaqları olan forma “Nike” şirkəti tərəfindən hazırlanıb.

Qeyd edək ki, basketbolçu 2011-ci ildən “Liverpul” klubun əsas səhmdarlarındandır.

Xəbər 196 dəfə oxundu.