Ötən ilin ən yaxşı gənc futbolçularının rəmzi komandası açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən ilin ən yaxşı gənc oyunçularının rəmzi komandasını açıqlayıb.

Ən yaxşılar arasında ən çox İspaniya millisinin oyunçularının adı yer alıb.

İspaniya millisindən 3 oyunçu – Gavi, Pedri və Ansu Fati “11-liy”ə düşməyi bacarıb.

Rəmzi komandada Portuqaliya millisindən Antonio Silva, Nuno Mendeş, Almaniya yığmasından Camal Musiala, Kərim Adeyemi, İngiltərə seçməsindən Cud Bellingem, Xorvatiyadan Yoska Qvardiol, Fransadan Eduard Kamavinqanın adı yer alıb.

Gənc qapıçılar arasında İrlandiya millisinin üzvü Qavin Bazunu fərqlənə bilib.

Xəbər 273 dəfə oxundu.