Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq.

Sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

İlk olaraq “Şamaxı” klubu “Səbail”i qəbul edəcək. “Şamaxı” 13 xalla turnir cədvəlində 8-ci, “Səbail” isə 10 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Turun son matçında “Neftçi” klubu “Sabah”ın qonağı olacaq. Meydan sahibi komanda 43 xalla 2-ci, “Neftçi” isə 38 xalla 3-cü sırada yer alıblar.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” doğma meydanda “Qəbələ” ilə 2:2 hesablı heç-heçə edib, “Qarabağ” səfərdə "Turan Tovuz"a 3:2, “Zirə” isə evdə "Sumqayıt"a 3:1 hesabı ilə qalib gəlib.

Xəbər 253 dəfə oxundu.