Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub
Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub.

Yanvarın 25-də turun daha 4 oyunu keçirilib.

“Auqsburq” öz meydanında Münxenqladbax “Borussiya”sını 1:0, “Bayer Leverkuzen” isə “Bohum”u 2:0 hesabları ilə məğlubiyyətə uğradıblar. “Frayburq” – “Ayntraxt” matçı 1:1 hesabı ilə başa çatıb. “Verder Bremen” isə öz meydanında “Union Berlin”ə 1:2 hesabı ilə məğlub olub.

Beləliklə, 17 turdan sonra turnir cədvəlinə 36 xalla “Bavariya” başçılıq edir. “Union Berlin” 33 xalla ikinci, “Leypsiq” isə 32 xalla üçüncü pillələrdə qərarlaşıblar.

Xəbər 178 dəfə oxundu.