“Sabah” basketbol klubu “Zirvə Astara”ya qalib gəlib | |
Azərbaycan Basketbol Liqasında XV turun daha bir oyunu keçirilib. "Sərhədçi" İdman Mərkəzində "Sabah" və "Zirvə Astara" klubları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən matçdan "Sabah" basketbolçuları 75:71 hesablı qələbə ilə ayrılıblar. Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (21 xal, 8 ribaund), rəqib komandadan isə Cerret Henderson (20 xal, 11 ribaund) olublar. |
|
Xəbər 180 dəfə oxundu. |
|
|