UEFA Superkuboku oyununun yeri dəyişdirilib
2023-cü ildə UEFA Superkuboku uğrunda oyunun keçiriləcəyi yer dəyişdirilib.

Bu barədə UEFA məlumat yayıb.

Qeyd olunub ki, oyun Yunanıstanın paytaxtı Afinada keçiriləcək.

Xatırladaq ki, əvvəlcə oyunun Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılmışdı. Lakin Rusiya-Ukrayna müharibəsi səbəbindən rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyalara və müharibə ilə baölı bir sıra digər amillərə görə oyunun yeri dəyişdirilib.

Xəbər 235 dəfə oxundu.