Azərbaycanın konkisürəni Avropa Gəncləri Qış Olimpiya Festivalında çıxış edib
Yanvarın 25-də Azərbaycanı fiqurlu konkisürmə üzrə beynəlxalq yarışlarda təmsil edən gənc idmançımız Səbinə Əliyeva 2023-cü il Avropa Gəncləri Qış Olimpiya Festivalında qısa proqram üzrə öz çıxışını edib.

Azərbaycan Qış İdman Növləri Federasiyasından verilən məlumata görə, atletimiz 30 iştirakçı ölkə arasında 45,27 xal toplayaraq 10-cu yeri tutub.

Qeyd edək ki, Səbinə Əliyevanın növbəti çıxışı yanvarın 27-də olacaq. İdmançımız sərbəst proqram üzrə çıxış edərək yüksək nəticə uğrunda mübarizə aparacaq.

Xəbər 232 dəfə oxundu.