“Zirə” “Sumqayıt” üzərində qələbə qazandı
Azərbaycan Premyer Liqasının 19-cu turunda günün sonuncu matçı Zirə qəsəbəsində baş tutub.

Burada eyniadlı komanda “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma “Zirə”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İlk hissədə ev sahibi “qartallar” hesabda geridə olsa da, ikinci hissədə ardıcıl 3 qol vurmağı bacarıb.

“Kimyaçılar”ın heyətində matçın 4-cü dəqiqəsində Vüsal İsgəndərli fərqlənib.

“Zirə”nin qollarını 50-ci dəqiqədə Dimitrios Çantakias, 73-cü dəqiqədə Loris Bronyo, 79-cu dəqiqədə Toni Qomes vurublar.

Bu qələbədən sonra “Zirə” 28 xalla 4-cü pillədəki mövqeyini qoruyub. Səfərdən xalsız qayıdan “Sumqayıt”ın hesabında 12 xalı var və onlar turnir cədvəlində 9-cu pillədə qərarlaşıblar.

Tura sabah keçiriləcək “Şamaxı” – “Səbail” və “Sabah” – “Neftçi” qarşılaşmaları ilə yekun vurulacaq.

Xəbər 217 dəfə oxundu.